Akademik Musiqili Teatrın saytı yeniləndi

08:22 19-11-2021 | icon 2289
Akademik Musiqili Teatrın saytı yeniləndi

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının veb-saytı – https://musiqiliteatr.az/ yenilənərək istifadəyə verilib.


Müasir dövrün tələblərinə cavab verən, son texnologiyaları dəstəkləyən yeni
dizaynla tərtib olunan bu saytda teatrın yaranma və inkişaf tarixi, sənət ocağında
çalışan yaradıcı və bədii-texniki heyətin tərkibi barədə ətraflı məlumatlar, o
cümlədən teatrda həyata keçirilən müxtəlif layihələr haqqında geniş xəbərlər yer
alıb.
Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən və bir neçə bölmədən
ibarət olan saytda nümayişi nəzərdə tututlan tamaşaların aylıq repertuar cədvəli,
proqramları və afişaları, həmçinin video və foto qalereyaları yerləşdirilib.
Saytı izləyən hər kəs teatr haqqında daha ətraflı və zəngin məlumatlar əldə
edə və eyni zamanda tamaşa biletlərini onlayn sifariş verə bilər.
Qeyd edək ki, son 10 ildə artıq 3-cü dəfədir ki, teatın saytı dövrün tələbinə
uyğun şəkildə yenilənir.


Digər xəbərlər

0.27294898033142