Fərid Qayıbov taekvondoçularla görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov taekvondo üzrə gənclər arasında Avropa çempionatının qalibləri və onların məşqçiləri ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, F.Qayıbov gənc idmançıları təbrik edib, onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.
Görüşdə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, gənclərdən ibarət yığma komandanın baş məşqçisi Məmməd Abdullayev və məşqçi Zahid Məmmədov iştirak ediblər.
Xatırladaq ki, Bosniya Herseqovinada keçirilmiş qitə birinciliyində Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənov (42 kq) qızıl, Pünhan Mürsəlov (45 kq) bürünc medal qazanıb.
-
Orxan Məmmədov millinin hazırlıq planı ilə tanış olub
...
-
IV Avropa Oyunları İstanbulda keçiriləcək
...
-
Yığmamız Dünya Kubokunda iştirak edəcək
...
-
Millimizin Ukraynaya məğlubiyyətinin - Videosu
...
-
Avarçəkənimiz İtaliyadakı turnirdə gümüş medal qazandı
...
-
“Qarabağ” “UEFA, mafiya” şüarlarına görə böyük məbləğdə cərimə ödəyəcək
...
-
Millimiz Bolqarıstana qarşı
...
-
AFFA prezidentliyinə yeganə namizəd o oldu
...
-
Millimiz Monqolustana son dəqiqə qolu ilə qalib gəldi
...
-
"Utkin olduqca savadlı, intelektual idman jurnalisti, dərin şərhçilik və yüksək yumor bacarığına malik idi"
...