Səfalı Paşayev: "YAP xalqın daima dəstəklədiyi yeganə partiyadır"

11:28 23-11-2021 | icon 431
Səfalı Paşayev:
loading...

Cəmiyyətdə böyük nüfuza malik olan Yeni Azərbaycan Partiyasının yaranmasının 29 ili tamam olur. 21 noyabr 1992-ci il ictimai-siyasi və fikir tariximizin ənəlamətdar və unudulmaz təqvimlərindən biridir.

Bu sözləri açıqlamasında YAP Masallı rayon təşkilatının fəal üzvü, Azərpoçt MMC-nin Masallı rayon filialının  rəisi Səfalı Paşayev deyib.

Filial rəisi bildirib ki, ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, anarxiya və hərc-mərcliyin tüğyan etdiyi həmin tarixdə Ulu Öndər Heydər Əliyevin banisi olduğu, xalqın inandığı və güvəndiyi bir siyasi təşkilat - Yeni Azərbaycan Partiyası yarandı:

"Bununla da müstəqil dövlətimizin memarı,Ümummilli Liderimiz Heydər Əliyev yeni partiyanın təməlini qoydu və Yeni Azərbaycan Partiyası zamanın tələbindən yarandı. Elə bir zamanın ki, bu zaman hər şeyi diktə etməyə qadirdir. Yenicə müstəqillik qazanan, ancaq səriştəsiz rəhbərlərin girdaba sürüklədiyi Azərbaycanda bu partiya xalqın yeganə ümid yeri oldu, dövlətçiliyin keşiyində dayanan siyasi qüvvəyə çevrildi.

"Dünənin, bugünün, gələcəyin partiyası" olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasınıqoydu. Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı cənab İlham Əliyev partiyanın keçdiyi keşməkeşli yolu belə dəyərləndirmişdir: "Yeni Azərbaycan Partiyasıgüclü təşkilatdır və Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarındadeyil. Bu partiyaya mənim də münasibətim eynidir. Mən də öz siyasi fəaliyyətimi partiyasız təsəvvür etmirəm. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha dagücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik. Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin, qüdrətli dövlətə çevriləcəkdir".

Ölkədə keçirilən seçkilərdə YAP-ın qələbələri deyilənlərin bariz nümunəsidir. Bütün seçkilərdə qalib olan YAP özünü qalib partiya kimi daim xalqa tanıdıb  tanıdacaq".

 


Digər xəbərlər

0.36295199394226