Firdovsi Umudov şəhid övladları qarşısında çıxış etdi - Video
Milli Olimpiya Komitəsinin Atletlər Komissiyası idmana həvəsi olan qazi və şəhid övladlarını idmana cəlb etmək məqsədilə “Qəhrəmanların varisləri” adlı layihəsinə start verib.
Bu münasibətlə keçirilən tədbirdə tanınmış idman mütəxəssisi, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəis müavini, İdman bölməsinin rəisi polkovnik-leytenant Firdovsi Umudov şəhid övladlarının qarşısında çıxış edib.
O, Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi Qələbədə payı olan hər bir şəhid və qazi övladının Azərbaycan xalqı üçün əziz olduğunu bildirib:
“Dövlət Sərhəd Xidməti adından hamınızı salamlayıram. Şəhid bütün Azərbaycanın şəhididir. Onlar bizim and yerimizdir. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu şanlı qələbə qazandı. Şəhidlərimiz bir əlində Azərbaycanın şanlı bayrağı, bir əlində silah torpaqlarımızı azad etdi. Sizin atalarınız bayrağımızı ucaltdı.
Cənab Prezident və birinci xanım Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə daim qayğı göstərilib. “Sərhədçi” İdman Olimpiya Mərkəzinin də qapıları hər zaman sizin üzünüzə açıqdır. İdmanla məşğul olun, Vətənimizi daim layiqli təmsil edin”.
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...