Deputat xalqdan və spikerdən üzr istədi - Video

19:00 23-11-2021 | icon 248
Deputat xalqdan və spikerdən üzr istədi - Video
loading...

Deputat Tahir Kərimli Milli Məclisin ötən dəfə keçirilən iclasında Milli Məclisin avtomobil parkının yenilənməsi ilə bağlı çıxışına görə spiker Sahibə Qafarovadan və xalqdan üzr istəyib.

T. Kərimli qeyd edib ki, o, çıxışında yanlış məlumatlara əsaslanıb: “Məlum oldu ki, sürücülərin əməkhaqqı kəsilməyib. Onlar üçün, hətta kurs da təşkil edilib. Sənədlərdə gördüm ki, Milli Məclisdə  xeyli sayda insan yüksək vəzifələrə çəkiliblər. Bir neçə adama COVID-lə bağlı 500 manat yardım edilib.

 

 

Xüsusilə Milli Məclis rəhbərliyinin fəaliyyəti göz qabağındadır. Mən onun xaricilərlə bir neçə dildə necə danışdığının şahidi olmuşam. İndiki dövrdə mənzil məsələsini qoymağım düzgün deyildi. Ona görə dönə-dönə Milli Məclis sədrindən və xalqdan üzr istəyirəm. Mən hesab edirəm ki, cəzamız qınaqlarla verilib”. 

Spiker Sahibə Qafarova isə deputata gələn dəfə yanlış, təsdiqini tapmayan məlumatlarla Milli Məclisdə diskussiya aparmamağı təklif edib.

 

Xatırladaq ki, ötən iclasda T.Kərimlinin Milli Məclisin avtoparkının yenilənməsini təklif etməsi spiker Sahibə Qafarovanın narazılığına səbəb olmuşdu.

 

 

 
 

Digər xəbərlər

0.35146403312683