Deputat xalqdan və spikerdən üzr istədi - Video
Deputat Tahir Kərimli Milli Məclisin ötən dəfə keçirilən iclasında Milli Məclisin avtomobil parkının yenilənməsi ilə bağlı çıxışına görə spiker Sahibə Qafarovadan və xalqdan üzr istəyib.
T. Kərimli qeyd edib ki, o, çıxışında yanlış məlumatlara əsaslanıb: “Məlum oldu ki, sürücülərin əməkhaqqı kəsilməyib. Onlar üçün, hətta kurs da təşkil edilib. Sənədlərdə gördüm ki, Milli Məclisdə xeyli sayda insan yüksək vəzifələrə çəkiliblər. Bir neçə adama COVID-lə bağlı 500 manat yardım edilib.
Xüsusilə Milli Məclis rəhbərliyinin fəaliyyəti göz qabağındadır. Mən onun xaricilərlə bir neçə dildə necə danışdığının şahidi olmuşam. İndiki dövrdə mənzil məsələsini qoymağım düzgün deyildi. Ona görə dönə-dönə Milli Məclis sədrindən və xalqdan üzr istəyirəm. Mən hesab edirəm ki, cəzamız qınaqlarla verilib”.
Spiker Sahibə Qafarova isə deputata gələn dəfə yanlış, təsdiqini tapmayan məlumatlarla Milli Məclisdə diskussiya aparmamağı təklif edib.
Xatırladaq ki, ötən iclasda T.Kərimlinin Milli Məclisin avtoparkının yenilənməsini təklif etməsi spiker Sahibə Qafarovanın narazılığına səbəb olmuşdu.
-
Nazirlər Kabineti bu gün istefa verəcək
...
-
İlham Əliyev and içir
...
-
İlham Əliyev 3 gün ərzində and içəcək
...
-
Rəsmi Bakıdan Paşinyana - Cavab
...
-
Prezident seçkilərinin yekun nəticələri açıqlandı
...
-
Nazirlər nə vaxt istefaya gedir?
...
-
Prezidentlə oğlu “Akıncı” hücum PUA-larının uçuşunu izlədi - Video
...
-
İlham Əliyevə təbriklər gəlməkdə davam edir
...
-
“Seçkilərin Xankəndi və Şuşada keçirilməsi tarixi əhəmiyyət daşıyır”
...
-
Ərdoğan İlham Əliyevi təbrik etdi
...