Azərbaycanda rektor və məktəb direktoru işləyən qadınların sayı açıqlanıb
Azərbaycanda qadınların dövlət qurumlarında təmsilçiliyi ilə bağlı statistika açıqlanıb.
BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini Elgün Səfərov deyib ki, ölkədə 93 qadın hakim var.
“Dövlət Qulluğunda Gender Bərabərliyi üzrə Kurikulum” vəsaitinin təqdimatında çıxış edən BMT rəsmisi bildirib ki, yerli icra hakimiyyəti başçılarının müavinlərindən 72-si qadındır: "Eyni zamanda 8 nazir müavini qadın, yerli icra başçılarından isə ikisi - Abşeron və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun icra başçıları qadındır".
"2020-2021-ci tədris ilinin əvvəlinə olan statistikaya əsasən, Azərbaycanda 8 qadın ali təhsil müəssisəsinin rektoru, 15 qadın kollec direktoru, 9 nəfər peşə təhsili müəssisələrinin direktoru, 1345 qadın isə məktəb direktoru vəzifəsində çalışır", - E.Səfərov əlavə edib.
-
Emin Əmrullayevdən zəlzələdə həyatını itirən tələbələrlə bağlı paylaşım
...
-
BDU-nun əməkdaşına ağır itki
...
-
Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı məktəblilər arasında müsabiqə keçiriləcək
...
-
İki gün əvvəl təyin olunan direktor işdən çıxarıldı
...
-
Elm və təhsil naziri gənclərlə görüşdü
...
-
Məktəblərdə qış tətili başa çatdı
...
-
Bu gündən məktəblərdə qış tətilidir
...
-
Bu həftə məktəblilərin qış tətili başlayır
...
-
Valideynlər şagirdləri döyən müəllimdən üzr istədilər - Video
...
-
Bu il Azərbaycanda tələbələrin köçürülməsi olmayacaq
...