Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir

18:10 29-11-2021 | icon 2118
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün
davamı kimi 1992-ci il mayın 18-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə
daxil olmayan Laçın rayonu işğal edilib.
Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci
rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin
azad edilməsini başa çatdırdı.
Beləliklə, Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini  hərbi-
siyasi yolla 44 günə bitirdi.
Azərbaycan Vətən müharibəsinin 44 günü (27 sentyabr - 9 noyabr) ərzində  4
rayonumuzu - Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını, həmçinin Şuşa şəhəri, Hadrut
qəsəbəsi və Dağlıq Qarabağdakı bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad etdi, 
düşməni darmadağın etdi və Ermənistanı dərin böhrana saldı. 
Azərbaycan ordusunun məhv etdiyi və ya qənimət götürdüyü düşmənə məxsus hərbi 
texnikanın qiyməti bir neçə milyard dollardır. Bu, xarici borc içində üzən Ermənistan
üçün böyük zərbədir.
Azərbaycan Respublikası Laçın dəhlizi üzərində suveren haqlarını kimsəyə təslim
etməyib, dəhlizdə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin
hərəkəti rəsmi Bakının təhlükəsizlik zəmanəti altındadır.
Laçın dəhlizi Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında
nəqliyyat əlaqəsinin təhlükəsizliyinə verilən zəmanətə adekvatdır. Sonuncu dəhliz
Azərbaycanla Türkiyəni quru yolla birləşdirir ki, bu da Vətən müharibəsində ikiqat
Qələbənin nəticəsidir.
İşğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır.
Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq o bölgələr Azərbaycan
dövlətinin vəsaiti, Prezidentin siyasi iradəsi ilə  bərpa ediləcək, vətəndaşlarımızın
normal həyatı üçün bütün addımlar atılacaq.
Artıq müvafiq dövlət qurumu da yaradılıb və bu işlərin hamısı koordinasiya şəklində
aparılacaqdır.
Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı
çox böyükdür.
Biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın,
dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq.
Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi
inkişafında mühüm rol oynayacaq.
Laçın bizimdir! Qarabağ Azərbaycandır!

Əliyeva Afət Rəfi qızı
Saatlı Rayon Dövlət Rəsm Qalereyasının əməkdaşı


Digər xəbərlər

0.3381609916687