Yaxın saatlarda hava şəraiti dəyişəcək
“Dünəndən cənub-qərb küləyinin üstünlüyü havanın temperaturunun iqlim normasından 5 dərəcəyədək yüksək olmasına səbəb olub”.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, küləyin maksimal sürəti Qobustanda 28 m/s, Daşkəsəndə 25 m/s, Xınalıqda 24 m/s, Altıağacda 18 m/s, Lerik, Astarada 17 m/s, Qubada 16 m/s, Yardımlıda 15 m/s, Bakı, Pirallahıda 20 m/s, Maştağa, Qum adası, Binədə 18 m/s, Neft Daşlarında 17 m/s, Çilov adasında 16 m/s, Sumqayıtda 15 m/s-ə çatıb.
Hazırda Bakıda havanın temperaturu 18-20 dərəcə isti təşkil etsə də və hava nisbətən mülayim olsa da, yaxın saatlarda hava şəraitinin dəyişəcəyi gözlənilir. Qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin yaxın 4-5 saata ölkə ərazisinə yaxınlaşması artıq şimal-qərb küləyinin güclənməsi ilə müşayiət olunacaq.
Küləyin maksimal sürəti günün ikinci yarısından axşama doğru Bakıda və Abşeron yarımadasında 15-20 m/s, arabir 23-28 m/s, bəzi yerlərdə 30 m/s olacaq. Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək. Sabah gündüz saatlarında külək zəifləyəcək
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...
-
Biz milli maraqlarımız uğrunda mübarizə aparırıq
...
-
Sabahın hava proqnozu - 31° isti
...
-
Adil Əliyev növbəti dəfə vətəndaşları qəbul etdi - Fotolar
...
-
Səttar Möhbalıyev: “Azərbaycan davamlı olaraq modernləşən və rəqabətə davamlı ölkədir”
...
-
Sabahın havası - 31° isti
...
-
Xankəndidə ilk körpə doğuldu - Fotolar
...