Əməkdar artist evə buraxıldı
kademik Musiqili Teatr aktyor Novruz Əliyevlə (Qartal) bağlı açıqlama yayıb.
Teatrın mətbuat xidmətinin yaydığı açıqlamada deyilir:
"Son vaxtlar Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Əliyevin səhhəti ilə bağlı teatra müraciətlər olunur.
Bildiririk ki, Novruz Əliyev (Qartal) noyabrın 23-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində əməliyyat olunub. Təbii ki, pandemiya ilə əlaqədar olaraq xəstə ziyarətinə qızından başqa heç kəs, hətta digər ailə üzvləri belə buraxılmayıb. Dünən isə xəstəxanadan çıxarılıb, qızı İlahə xanımın evindədir və ev şəraitində müalicəsi davam edir".
Qeyd edək ki, N.Əliyev 1968-ci ildən Musiqili Teatrda işləməyə başlayıb. Bir müddət Xalq artisti Hacıbaba Bağırovun rəhbərlik etdiyi “Tənqid-təbliğ” Teatrında (1989-cu ildən) çalışsa da, müəyyən fasilədən sonra 1996-cı ildən yenə də Musiqili Teatra qayıdıb və bu günə qədər də burada fəaliyyətini davam etdirir.
"İstər teatrlar pandemiya səbəbindən qapalı olduğu zamanlarda, istərsə də ondan əvvəlki və sonrakı dönəmlərdə Novruz Əliyevin səhhətində yaranan problemlərə görə teatr rəhbərliyi hər zaman onun yanında olub, iş yoldaşları aktyorun ailəsinə, evinə baş çəkiblər, ona maddi və mənəvi köməklik göstərilib. Teatrın kollektivi hər vaxt qocaman aktyorun yanındadır. Teatrın direktor müavini, Teatr Həmkarlar Təşkilatının sədri və truppa müdiri aktyora elə bu gün də qızının evində baş çəkiblər", - açıqlamada qeyd edilir.
-
Türkiyə istehsalı “Lohusa” komediyası “CinemaPlus”da - VİDEO
...
-
Akademik Musiqili Teatrda “Aysedora” monotamaşasının premyerası olacaq
...
-
“Kurdlar Vadisi” ekranlara qayıdır...
...
-
“Fəlakət” Türkiyənin “Ben bu cihana sığmazam” serialında - Foto
...
-
“Apatiya” filminin qala gecəsi baş tutub
...
-
“CinemaPlus” Ümummilli Liderin səfərləri haqqında filmlərə dəstək olub - VİDEO
...
-
Akademik Musiqili Teatrın aktyorları Novosibirsk teatrının yubileyində iştirak ediblər
...
-
Leyla və Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində - Fotolar
...
-
CinemaPlus-da “Efsane” filminin qala gecəsi keçirilib
...
-
"Rəfiqə xanın yalnız Azərbaycan SSR-in "Xalq artisti", müxtəlif titullar alan baletmeyster yox, həm də pedaqoq, maarifçi və gözəl insan idi"
...