Mahir oynadı, komandası 1/4 finala adladı - Video

12:55 02-12-2021 | icon 1560
Mahir oynadı, komandası 1/4 finala adladı - Video

Futbol üzrə Polşa kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə aşağı liqa təmsilçisi “Motor Lublin” ilə qarşılaşıb. İlk hissəni 0:1 hesablı məğlubiyyətlə başa vuran Varşava təmsilçisi, fasilədən sonra vurduğu 2 qol sayəsində əzmkar qələbə qazanıb və 1/4 finala vəsiqəni təmin edib.

 

Mahir də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.

 

 
 
 

Digər xəbərlər

0.29936814308167