Sabahın havası açıqlandı
Azərbaycanda dekabrın 3-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7° isti, gündüz 9-13° isti, Bakıda gecə 5-7° isti, gündüz 11-13° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 03-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz hava müşahidə olunacaq. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.
-
Bu gecə ilk Qədr gecəsidir
...
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
...
-
Aybəniz Aslana TƏBRİK
...
-
Sabahın havası - 17° isti
...
-
Səttar Möhbalıyev: “Aİ-Ermənistan-ABŞ müştərək konfransı ikili standartların davamıdır”
...
-
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah 21° isti olacaq
...
-
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahın havası açıqlandı
...
-
Sabahdan tətil başa çatır
...