Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə müraciət etdi

10:40 03-12-2021 | icon 2000
Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə müraciət etdi

Başa çatmaqda olan ilin son ayının birinci şənbə günü - dekabrın 4-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda ümumşəhər sanitar gününün keçirilməsi qərara alınıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, gün ərzində şəhərin prospekt və küçələri, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulacaq, zədələnmiş ağaclar budanacaq, digər təmizlik və dezinfeksiya işləri görüləcəkdir.

 

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini bu təmizlik işlərində fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir.

“Gəlin qalib ölkənin paytaxt sakinləri olaraq yeni ili təmiz şəhərlə qarşılayaq”, - BŞİH-in məlumatında deyilir.


Digər xəbərlər

0.271723985672