Yeni nazir müavini ilə bağlı açıqlama - “Əsas işi idman siyasətinə cavabdehlikdir”
Bir neçə gündür gənclər və idman naziri Fərid Qayıbovun yeni müavinləri İndira Hacıyeva və Marina Vasileva sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib. Daha çox Azərbaycan gimnastika millisinin bolqarıstanlı baş məşqçisi M.Vasileva diqqət mərkəzindədir.
Belə ki, təyinatdan sonra bolqarıstanlı çalışdırıcının sosial şəbəkələrdə əyləncə məclislərindən fotoları və videoları yayılmağa başlayıb. Müzakirələr də məhz bu mövzuda davam edib. İstifadəçilərin bir qismi həmin görüntüləri tənqid edərək nazir müavininin daha çox ciddi və rəsmi şəxs olmasının vacibliyini vurğulayıb.
Digər qismi isə bu cür fotoların bolqarıstanlı sabiq gimnastın şəxsi həyatı olduğu üçün qabardılmamasının tərəfdarı olduğunu, üstəlik, həmin foto və videoların təyinatdan öncə çəkildiyini qeyd edib.
Daha sonra Marina Vasilevanın bundan sonra Azərbaycan millisində çalışıb-çalışmayacağı da gündəm mövzusuna çevrilib.
Bütün bunları nəzərə alıb Gənclər və İdman Nazirliyinə müraciət etdik.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev açıqlamasında M.Vasilevanın fəaliyyəti ilə bağlı danışmağın tez olduğunu bildirib: “Marina xanım işi hələ yenicə təhvil alır. Hələlik fəaliyyətə başlamadığı üçün işinə qiymət vermək də məntiqlə tezdir. Onun əsas işi nazir müavini olaraq idman siyasətinə cavabdehlikdir.
Nazir müavinin gimnastika zalında işləməyə vaxtı olmayacaq və bu səbəbdən yığmanın baş məşqçi postunda çalışmayacaq. Lakin uzun illərdir yığmaya rəhbərlik etdiyi və bu idman növünün mütəxəssisi olduğu üçün ehtiyac yarananda milli komandaya məsləhətləri ilə dəstək olacaq”.(qafqazinfo)
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...
-
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” start götürür - Video
...