Mir Cəlal Paşayevin əsəri əsasında film çəkilib
Azərbaycanlı yazıçı Mir Cəlal Paşayevin “Nazik mətləb” və “İnsanlıq fəlsəfəsi” hekayələrinin motivləri əsasında "Nazik mətləb" adlı film çəkilib.
Filmdə tələbəsinə aşiq olan, lakin dövrün qınağından ehtiyat edərək, işgüzar fəaliyyətinə kölgə salmamaq üçün sevgisini dilə gətirməyən müəllimin sevgi hekayəsindən danışılır.
Filmdə baş rolları əməkdar artist Gülzar Qurbanova və “Best Model of the World” müsabiqəsinin azərbaycanlı qalibi model Rüstəm Cəbrayılov canlandırıb. Gülşad Baxşıyeva, Taleh Yüzbəyov, Sevinc Əliyeva, Nərmin Kərimbəyova, Şakir Əhmədzadə və digər aktyor heyətinin rol aldığı ekran işinin ssenari müəllifi Nicat Dadaşov, rejissoru Emin Muradov, operatoru isə Rauf Qurbanəliyevdir.
“Caspian Media Group”un hazırladığı “Nazik mətləb” filminin layihə rəhbəri Hüseyn Cavadzadə, direktoru İrəm Laçındır.
-
Ərdoğan Naxçıvanda Hüseyn Cavidin şeirini səsləndirdi - Video
...
-
Emil Rəhmanov dünyasını dəyişdi
...
-
Heydər Əliyev Sarayında çoxdan gözlənilən “Məhəbbət əfsanəsi” baletinin təqdimatı oldu - Fotolar
...
-
Üzeyir Hacıbəylinin süni intellektlə hazırlanan - Fotoları
...
-
Prezident Azərbaycan musiqi ictimaiyyətini təbrik etdi
...
-
Üzeyir Hacıbəylinin ölməz əsərləri metro stansiyalarında səsləndirilir - Video
...
-
Brilliantla Lalə uzun illər sonra barışdı - Video
...
-
Prezidentlərin izlədiyi konsertdə o mahnı oxundu - Video
...
-
Musiqili Teatrın aktrisası Gültac Əlili “Ər və arvad” tamaşasında…
...
-
Bu da sonuncu sual - 1 milyonu uddu
...