Nazir Mariana Vasilevanın təyinatından danışdı

09:19 07-12-2021 | icon 224
Nazir Mariana Vasilevanın təyinatından danışdı
loading...

Gənclər və İdman Nazirliyinin rəsmi saytında nazir Fərid Qayıbovun məqaləsi yayımlanıb.

Nazir məqaləsində görülmüş işlər, prioritetlər və yeni təyinatlardan söz açıb.

“Noyabrın 29-da Prezident İlham Əliyevin Sərəncamları ilə gənclər və idman nazirinə iki müavini təyin edilib. İdman sahəsi üzrə müavin - Mariana Vasileva - yüksək təcrübəyə malik, peşəkar, nizamlı, məsuliyyətli və nəticəyə köklənmiş bir mütəxəssisdir. Digər müavin – İndira Hacıyeva – gənclər siyasəti sahəsində böyük yol keçmiş və nazirlikdə çalışan peşəkar kadrdır.

 

Nazirliyin yaxın illər üçün Strategiyası hazırlanır, bu məqsədlə geniş sosioloji tədqiqatın aparılması planlaşdırılır. Nazirlikdə və tabe qurumlarda çalışan mütəxəssilərin bilik və bacarıqlarının artırılması və idarəetmənin təkmilləşdirilməsi məqsədilə çox komponentli layihənin həyata keçirilməsini nəzərdə tuturuq.

Məqsədimiz gənclər və idmanla bağlı bütün səviyyələrdə standartlarımızı və potensialımızı artırmaq, gənclərin inkişafını təmin edənin yeni alətləri yaratmaqdır. Əminəm ki, “gənclərlə və gənclər üçün”, birlikdə və sistemli çalışaraq, qalib xalqın uğurlu gəncliyini görəcəyik”, - nazir bildirib.


Digər xəbərlər

0.21047186851501