İlham Əliyev İqor Babuşkini qəbul etdi - Fotolar

13:23 07-12-2021 | icon 1818
İlham Əliyev İqor Babuşkini qəbul etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, ölkəmizin Rusiyanın ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti ilə səmərəli əməkdaşlıq həyata keçirdiyi vurğulanıb.

İlham Əliyevin Həştərxana səfərləri məmnunluqla xatırlanıb və bu səfərlərin əlaqələrimizin genişlənməsinə töhfə verdiyi xüsusi qeyd edilib.

 

Söhbət zamanı ticarət dövriyyəsinin artırılması, ticarət və nəqliyyat-logistika sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib. Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində uğurla həyata keçirilən layihələr yüksək qiymətləndirilib.

Görüşdə bu gün açılışı olacaq Həştərxan İşgüzar Mərkəzinin əhəmiyyəti qeyd edilib, Bakı ilə Həştərxan arasında birbaşa müntəzəm hava əlaqəsinin yaradılmasının əməkdaşlığın genişlənməsi baxımından önəmi vurğulanıb.

Söhbət zamanı ölkəmizin Rusiyanın Həştərxan vilayəti ilə əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı və əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.

Sonda İqor Babuşkin dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.

 

 


 

Digər xəbərlər

0.31075310707092