“Yeni il”də ardıcıl 5 gün iş olmayacaq

22:16 07-12-2021 | icon 1126
“Yeni il”də ardıcıl 5 gün iş olmayacaq

Ötən həftə Nazirlər Kabineti gələn ilin bayram günlərini açıqlasa da, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və “Yeni il” bayramı siyahıda yer almayıb.

Bu səbəbdən yeni ilin tətil günləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Belə ki, Azərbaycanda bayram günləri və tətil Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. “Yeni il” bayramı dekabrın 31-i, yanvarın 1-i və 2-sidir. Bayramın son 2 günü həftənin şənbə və bazar gününə təsadüf etdiyi üçün yanvarın 3-ü və 4-ü də qeyri-iş günü hesab olunur.

Bu hesabla, “Yeni il” bayramında 5 gün ardıcıl qeyri-iş günü olacaq.

Qeyd edək ki, hələlik bununla bağlı rəsmi qurumlar açıqlama yaymayıb.


Digər xəbərlər

0.32227683067322