Nəsimi rayonunda daha bir abad həyət istifadəyə verildi - Fotolar

21:22 09-12-2021 | icon 2465
Nəsimi rayonunda daha bir abad həyət istifadəyə verildi - Fotolar

Nəsimi rayonu ərazisində 20 Yanvar küçəsi 7a, 9 və H.Seyidzadə küçəsi 11 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq və yenidənqurma işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.

Hazırlanmış layihəyə uyğun olaraq 20 Yanvar küçəsi 7a saylı binanın fasadı, dam örtüyü əsaslı təmir edilib, 4 ədəd giriş qapısı, pilləkən qəfəslərinin 16 ədəd pəncərəsi, yağış suları axıdan borular və navalçalar dəyişdirilib,

Görülmüş işlər çərçivəsində binaların əhatə etdiyi həyətə 2000 kv.m. asfalt örtüyü, 1000 kv.m-ə yaxın qazon, 200 kv.m-dən artıq tamet daşı vurulub, 300 p.m. yeni bardürlər və kiçik tullantıların atılması üçün zibil qutuları qoyulub.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 50 ədəd müxtəlif növ həmişəyaşıl ağac əkilib və yaşıllıqların suvarılması üçün su xətti çəkilib.

Həyətdə işıqlandırma sistemləri qurulub.

Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.

 

 






Digər xəbərlər

0.31343984603882