Konfrans Liqası: "Qarabağ" pley-offda, "Bazel" 1/8 finala vəsiqə qazanıb
"Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.
Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv H qrupundakı altıncı sınağında İsveçrə "Bazel"inin qonağı olub. "Sankt-Yakob Park" stadionunda oynanılan qarşılaşma Ağdam təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Görüşə sürətli hücumlarla başlayan “köhlən atlar” 2-ci dəqiqədə hakim haqsızlığı ilə üzləşib. Abdullah Zubirin zərbəsindən sonra top qapı xəttini keçsə də, referi qolu qeydə almayıb. Buna baxmayaraq, ruhdan düşməyən qonaqlar ardıcıl 2 epizodda İbrahima Vadji ilə qola yaxın olublar. Lakin hər iki halda “Bazel”in qapıçısı Haynts Linder seneqallı hücumçunun fərqlənməsinə mane olub. Qolkiper az sonra Patrik Andradenin təhlükəli zərbəsini zərərsizləşdirib. 24-cü dəqiqədə Şahruddin Məhəmmədəliyev rəqibin təhlükəli hücumu zamanı çıxışda səhv yol verib. Amma özünü topa hamıdan tez çatdıran Maksim Medvedev komanda yoldaşını sığortalayıb. 29-cu dəqiqədə isə meydan sahiblərinin hücumçusu Artur Kabralın qol vurmasına Məhəmmədəliyev imkan verməyib. O, braziliyalı forvardla üzbəüz dueldən qalib ayrılıb. Oyunda hesab 33-cü dəqiqədə açılıb. Kabral baş zərbəsi isə “Qarabağ”ı meydanın mərkəzinə dəvət edib. İlk hissədə tərəflər çox çalışsa da, hesab dəyişməyib.
Fasilədən sonra da üstün oyun sərgiləyən ağdamlılar 2 dəqiqə ərzində iki real qol epizodu yaxalasa da, Vadji fürsətləri boşa verib. 53-cü dəqiqədə Məhəmmədəliyev Kabralın dubl etməsinin qarşısını alıb. Lakin “Bazel” cəmi 9 dəqiqə sonra istəyinə çatıb. Bu dəfə Patyim Kasami adını tabloya yazdırıb. 65-ci dəqiqədə Kabralın başla vurduğu top qapı tirinə tuş gəlib. 74-cü dəqiqədə isə 23 yaşlı forvard özünün 2-ci, komandasının 3-cü qoluna imza atıb. Bundan sonra “Qarabağ” ən azından fərqi azaltmaq üçün irəli atılsa da, cəhdlər heç bir nəticə verməyib.
Bununla da xallarını 14-ə çatdıran “Bazel” qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb. 11 xalla 2-ci pillədə qalan “Qarabağ” isə mübarizəni pley-offda davam etdirəcək.
Qeyd edək ki, qrupun digər oyununda Qazaxıstan “Kayrat”ı Kiprdə “Omoniya” ilə qolsuz heç-heçəyə razılaşıb.
-
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” start götürür - Video
...
-
“Neftçi” “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib
...
-
Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
...
-
Sadıq Sadıqov: "Çoxları "Neftçi"nin kuboku qazanacağına inanmırdı"
...
-
“Neftçi” kubokun qalibidir - Video
...
-
"İQ Sports" media və marketinq agentliyi fəaliyyətə başladı
...
-
Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçi postuna namizəddir - Rəsmi
...
-
I Liqa: "Qaradağ Lökbatan" liderliyini möhkəmləndirdi
...
-
Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
...
-
"Red Bull Four 2 Score Azerbaijan" ölkə finalı keçiriləcək
...