YAP rəhbərliyi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

11:35 11-12-2021 | icon 1961
YAP rəhbərliyi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Yeni Azərbaycan Partiyasının nümayəndələri ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət ediblər.

Partiya nümayəndələri dahi şəxsiyyətin əziz xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.


Digər xəbərlər

0.21768307685852