Prezidentin “Qarabağ”ın futbolçuları ilə səmimi söhbəti - Video

19:57 13-12-2021 | icon 1177
Prezidentin “Qarabağ”ın futbolçuları ilə səmimi söhbəti - Video

Prezident İlham Əliyev “Qarabağ” klubunu qəbul edib.

Ölkə başçısının klub üzvləri ilə səmimi görüşü və söhbəti sosial şəbəkələrdə müsbət qarşılanıb.

Dövlət başçısı komandanın braziliyalı legioneri Riçard Almeydanın 2014-cü ildə “İnter”ə vurduğu qolu xatırlayıb: “O qolu sən vurmuşdun deyəsən “İnter”ə, saymadılar”.

Daha sonra İlham Əliyev Kadi Borxeslə də söhbətləşib: “Sən də qol vurmusan, saymayıblar”.

Prezident komandanın qapıçısı Şahruddin Məhəmmədəliyevi oyununu müsbət dəyərləndirib: “Sən yaxşı qapıçısan, cəsarətlisən”.  

 

 
 

Digər xəbərlər

0.30217504501343