Azərcell-dən şikayət: . ."istifadəsiz nömrəyə 2 ay dayanmadan borc yüklənib?"

20:06 13-12-2021 | icon 1709
Azərcell-dən şikayət: . .

Yeni Musavat Qəzetinin müxbiri Nergiz Salmanova Liftiyeva Azərcell-dən narazılıq edir. Həmkarımız Nərgiz xanım sosial şəbəkədə yazır:


Dostlar, bir məsələni bölüşmək istəyirəm. Kim eyni duruma düşübsə, lütfən bölüşsün.
Deməli, 2017-ci ilin avqustunda Azercell-dən 4 G wifi rutor modem almışam, üstündə də data nömrə. 1 il istifadə etmişəm, modemin də pulunu,eləcə də aldığım internet paketin pulunu ödəmişəm. daha sonra bu internetdən istifadəni dayandırmışam.
Üstündən 4 il keçib, Azercell 80 manat borc yazaraq məni məhkəməyə verib, haqqımda icra qərarı çıxarıb.
Balans bitən kimi 1 mb belə verməyən şirkət necə ola bilər ki, mənə aylarla nisyə internet verib? Anlayıram, balansda pul olanda kampaniya avtomatik yenilənir. Amma mən pul ödəməmişəm, sən də internet verməmisən. bu borc haradan yaranır?
Azercell deyir ki, müqavilədə hansısa maddələr var. Əlbəttə müqavilə şirkəti heç vaxt yarıyolda buraxmır, orada həmişə onlara xidmət edən maddə var.
Amma istifadəsiz nömrəyə 2 ay dayanmadan borc yükləməyin mənası nədir? İndi mən də məhkəməyə müraciət edəcəm, görək sonu necə olur...


Nərgiz xanım şərhində yazır ki, o Azərcell-ə müraciət edib və cavabında aşağıdaki mesaj gəlib:

Abunəçi 4G Wi-Fi router modem kampaniyası çərçivəsində həmin nömrəni 31.08.2017-ci il tarixdə əldə edib, kampaniya çərçivəsində hər ay 30 AZN ödəniş edirdi və 50 Gb internet paketi alırdı.
14.07.2018-ci il tarixdən etibarən ödənişlərin edilməsi dayandırılıb.
25.07.2018 və 25.08.2018-ci il tarixli fakturalarda yaranmış 59.71 AZN borc ödənilməyib və məhkəməyə müraciət olunub, 20 AZN dövlət rüsumu da vurulub.
Çox güman abunəçi düşünüb ki, ödəniş edilməsə təqdim edilən 50 Gb paket yenilənməyəcək.
Lakin paketlər kampaniya qaydasına əsasən yenilənir və müvafiq haqq tutulur.
İmzaladığı müqavilənin əlavəsinin 4-cü bəndində bu haqda müvafiq qeyd vardır.


Bildirmək istəyirik ki, Azərcell-dən belə narazılıqlar çoxdur. Hətta Nərgiz xanımın bu statusunun altında yazılmış şərhlərə diqqət yetirsəniz bunun şahidi olarsınız!



(teref)


Digər xəbərlər

0.27851796150208