Emin Əmrullayev Basketbol Federasiyasının prezidenti oldu

18:48 14-12-2021 | icon 2364
Emin Əmrullayev Basketbol Federasiyasının prezidenti oldu

Dekabrın 14-də Azərbaycan Basketbol Federasiyasının seçki konfransı keçirilib. 

Federasiyanın prezidenti Nadir Nəsibov çıxış edərək qurumun son illərdəki fəaliyyəti barədə məlumat verib və yeni seçiləcək heyətə uğurlar arzulayıb.

 

Daha sonra federasiya rəhbərliyinə yeni seçki keçirilib. Təhsil naziri Emin Əmrullayev Azərbaycan Basketbol Federasiyanın yeni prezidenti seçilib.

Konfransda həmçinin, Simuzər Feyzullayeva, Vilayət Vəliyev, Bəxtiyar Aslanbəyli və Elnur Əliyev federasiyanın Rəyasət Heyətinə üzv seçiliblər.


Digər xəbərlər

0.24697208404541