İlham Əliyevlə Nikol Paşinyan təkbətək görüşdü
Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında təkbətək görüş keçirilib.
Bu barədə jurnalistlərə açıqlamasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib.
Sözügedən görüş Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı nahar əsnasında baş tutmuş üçtərəfli görüş çərçivəsində olub.
Jurnalistlər Ş. Mişelə danışıqlar zamanı doğrudan da Əliyev və Paşinyana təkbətək danışmaq imkanı vermək üçün qısa müddətlik onları tərk edib-etməməsi barədə sual verib. O isə sözügedən suala “Bəli, bu, doğrudur”, - deyə cavab verib.
İkitərəfli görüşün sonunda Şarl Mişel yenidən müzakirələrə qoşulub. Bu, 44 günlük Vətən müharibəsindən sonra iki ölkə rəhbərləri arasında ilk təkbətək görüşdür.
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...