Keyfiyyətli xəbər istehsalı

11:04 15-12-2021 | icon 1807
Keyfiyyətli xəbər istehsalı

İstehsal və xidmət sferasının bütün sahələrində müasir keyfiyyət
standartlarının tətbiqinə nail olmaq muxtar respublikada həyata keçirilən
sosial-iqtisadi inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Bu çərçivədə
əhalinin sağlamlığının və alıcılıq qabiliyyətinin qorunub saxlanılmasına,
keyfiyyətli yerli məhsulların istehsalının təşviqinə xidmət edən müxtəlif nəzarət
tədbirləri Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidmətinin qarşısına qoyulmuş mühüm və təxirəsalınmaz
vəzifələrdəndir.
“Əkinçi” qəzeti ilə başlanan milli mətbuatımız dövlətçilik tariximizdə milli-
mənəvi dəyərlərin formalaşmasında, milli şüurun inkişafında önəmli rol
oynayıb. Böyük Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin redaktorluğu ilə
nəşrə başlayan “Əkinçi” qəzetinin 1875-ci il iyulun 22-dən 1877-ci ilin
sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli
mətbuatının yaranmasında və təşəkkül tapmasında əvəzsiz rolu olub.
Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın
inkişafına prinsipial diqqət ayırmışlar. Ümummilli lider Heydər Əliyevin
müstəqil Azərbaycana rəhbərliyi illərində həyata keçirdiyi çoxşaxəli islahatların
və bu islahatların son 15 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsinin nəticəsi olaraq bu gün ölkəmizdə söz və mətbuat azadlığı
sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə
bilər.
1993-cü ildən başlayaraq Azərbaycanda bu vəzifənin reallaşdırılması dövlət
siyasətinin əsas istiqamətlərindən biri elan edildi. Bu, Azərbaycan
Konstitusiyasında da öz əksini tapdı. Konstitusiyanın əsas prinsiplərindən biri
ondan ibarətdir ki, Azərbaycan dövlətində söz, fikir və mətbuat azadlığı, hər
kəsin məlumat almaq və yaymaq hüququ, KİV üzərində senzuranın
yolverilməzliyi dövlətin əsas prinsipidir.Azərbaycan dövlətinin iqtisadi qüdrəti
artdıqca KİV-in və jurnalistlərin problemlərinin həlli istiqamətində xüsusi
tədbirlər görülür. 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı
dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və
jurnalistlərin fəaliyyəti əvəzolunmaz idi. Məhz nümayiş olunan peşəkarlıq,
fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o
cümlədən rəsmi İrəvanın törədiyi hərbi cinayətlər haqqında dolğun
məlumatların çatdırılması mümkün oldu. Öz peşə vəzifələrinin icrası zamanı
Kəlbəcər rayonu ərazisində iki jurnalistin minaya düşərək həlak olması faktı
isə beynəlxalq jurnalistlər birliyinin sərt reaksiyasına səbəb olmuşdur. Bu günə
qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz
peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqlənmişlər.

Soltanova Zahidə Cəmilağa qızı.
Saatlı rayon Dövlət Rəsm Qalereyasının əməkdaşı


Digər xəbərlər

0.28403496742249