Azercell Azərbaycan bazarında fəaliyyətinin 25 illiyini qeyd edir

10:35 16-12-2021 | icon 1869
Azercell Azərbaycan bazarında fəaliyyətinin 25 illiyini qeyd edir

5 milyondan çox abunəçinin seçimi olan “Azercell Telekom” MMC fəaliyyətinin 25 illiyini qeyd
edir.

Azercell-in yaradılması müstəqilliyini yenicə qazanmış Azərbaycanda Ulu Öndər Heydər
Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı və səmərəli islahatların tərkib hissəsi idi.
Ölkədə telekommunikasiya sənayesinin inkişafına dəstək vermiş Ümummilli lider Heydər Əliyev
Azercell-in açılış mərasimində iştirak edib. Qürurvericidir ki, GSM texnologiyasını sınaqdan
keçirən və Azercell vasitəsilə edilmiş ilk zəngə cavab verən şəxs Ulu Öndər olub.
25 illik fəaliyyəti ərzində şirkət Azərbaycanın mobil rabitə bazarında lider mövqeyini
möhkəmləndirib və abunəçilərinə daima qabaqcıl həllər təqdim edərək keyfiyyətli, innovativ və
əlçatan rabitə xidmətləri göstərib. Azercell Azərbaycanda GSM texnologiyası, 24/7 rejimdə
çalışan Çağrı Mərkəzi, SimSim (fakturasız) xətt sistemi, M2M xidmətləri, 4G texnologiyası,
Azercell Ekspres xidmət mərkəzləri, mobil və onlayn müştəri xidmətlərini təqdim edən, 5G
texnologiyasının pilot şəbəkəsini test edən ilk şirkət olub.
Azercell Azərbaycanın qeyri-neft sektorunun ən iri vergi ödəyicisidir. Son 25 il ərzində mobil
operator dövlət büdcəsinə 2 milyard manatdan çox vəsait köçürüb, ölkədə
telekommunikasiyanın inkişafına 1.7 milyard ABŞ dollarından çox investisiya yatırıb, sosial
yönümlü layihələrə isə 22 milyon ABŞ dollarından artıq vəsait xərcləyib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli
Sərəncamına əsasən müəyyən edilən 5 Milli Prioritetdən biri rəqabətli insan kapitalı və müasir
innovasiyalar məkanıdır. Azercell də bu gün öz şəbəkəsini bütün ölkə ərazisində genişləndirərək
yeni rəqəmsal eraya qədəm qoyur. Şirkət müasir rəqəmsal və kiber xidmətlər üzərində çalışır,
həmçinin qabaqcıl kommunikasiya həlləri yaradır. Bu yanaşma şirkətin yenilənmiş korporativ

strategiyasında da əks olunur. Yeni strategiyaya görə Azercell-in əsas məqsədi həm fərdi, həm
də bütün növ iri və kiçik biznes müştərilərinin istək və gözləntilərini qabaqcadan müəyyən
edərək onlara cavab verməkdir.
“Hazırda biz çağırışlarla zəngin dövrdə yaşayırıq. Texnologiya durmadan sürətlənir,
müştərilərimiz öz növbələrində texnoloji yeniliklərə daha açıqdırlar. Bizim yeni məqsədimiz:
“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!”. Müştərilərimizin artan dinamika ilə inkişaf
edən istəklərini qarşılamaq və bir addım öndə olaraq onları öncədən müəyyən etmək üçün biz
daima öyrənməli, inkişaf etməli və qarşımıza yeni hədəflər qoymalıyıq. Fəaliyyətimizlə
cəmiyyətə verə biləcəyimiz faydanı rəhbər tutaraq abunəçilərimizin həyatına daha intensiv
şəkildə inteqrasiya olmalıyıq. Hazırkı bazar şərtləri və inkişaf dövründə yalnız bu yolla uğur
qazanmaq mümkündür!”, - “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova şirkətin
yeni məqsədini açıqlayaraq qeyd etdi.
25 il əlamətdar tarixdir. Bu önəmli gün Azercell-i gələcək fəaliyyətini yenidən
düşünməyə,yüksək texnologiyalar dövrünün tələblərini qarşılamaq və proqnozlaşdırmaq
məqsədi daşıyan yeni brend platformasını təqdim etməyə sövq edir. Şirkət brendinin yeni
şüarını açıqlayır - “Sənə yaxın gələcək”. Yeni kommunikasiya konsepsiyası bir azərbaycanlı
ailənin gündəlik həyat hekayələri əsasında hazırlanaraq, müasir rəqəmsal və kommunikasiya
həllərinin müştərilərə daha əlçatan və daha yaxın olduğunu göstərir. Məhz innovativ rəqəmsal
həllər insanların həyat keyfiyyətini yaxşılaşdırmağa, təhlükəsizliyi artırmağa daha da böyük
töhfə verəcək.
25 illik yubileyini və brendin yenilənməsini qeyd edən Azercell bütün bu illər ərzində onu
seçən və ona güvənən bütün abunəçilərinə təşəkkür edir! Yubiley ayı ərzində bütün şirkət
abunəçiləri xüsusi bonuslardan yararlana biləcəklər. Ətraflı məlumat abunəçilərə dekabrın 15-
dən yanvarın 15-dək SMS vasitəsilə göndəriləcək. Bonus olaraq abunəçilər öz seçimlərinə görə
pulsuz internet və yaxud danışıq paketləri alacaqlar. Bundan əlavə, dekabrın 25-dən yanvarın
25-dək Azercell abunəçiləri ivi, BluTV, NNTV, SberZvuk, Bookmate və Busuu multimedia
xidmətlərindən ödənişsiz istifadə etmək imkanı əldə edəcəklər. Bu tətbiqlər vasitəsilə
istifadəçilər öz smartfonlarında sevdikləri filmlərə, TV proqramlara baxa, musiqi dinləyə, kitab
oxuya və xarici dil bacarıqlarını inkişaf etdirə bilərlər. Həmçinin yubiley ayı sosial şəbəkələrdə
də istifadəçiləri əylənməyə və qiymətli hədiyyələr əldə etmək şansı qazanmağa dəvət edən
müsabiqələrlə zəngin olacaq.

Azercell bütün abunəçilərini 25 illik yubileyini qeyd etmək və ən son yeniliklərdən xəbərdar
olmaq üçün sosial media hesablarını izləməyə dəvət edir:


Facebook: https://www.facebook.com/azercell


Instagram: https://www.instagram.com/azercell/


LinkedIn: https://www.linkedin.com/company/azercell/


TikTok: https://www.tiktok.com/@azercell_official


Twitter: https://twitter.com/Azercell


YouTube: https://www.youtube.com/AzercellAds

 


Digər xəbərlər

0.31851506233215