Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur

16:24 20-12-2021 | icon 1875
Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur

Dövlət başçısı bildirib ki, o, Azərbaycan və Ermənistan arasında münasibətlərin
normallaşması üçün zəminin yaradılmasına çoxlu töhfə verir: “Prezident Mişelin bu yay
regiona səfəri çox məhsuldar olub. Yeri gəlmişkən, hər iki ölkənin müdafiə nazirləri arasında
birbaşa əlaqənin yaradılması ilə bağlı olan onun təşəbbüsü də işləyir. Beləliklə, indi bu
kommunikasiya kanalı artıq səmərəlidir. Bu, Avropa Komissiyasının Cənubi Qafqazda sabit
mühitin yaradılmasına şərait yaratmağa və gələcəkdə üç Cənubi Qafqaz ölkəsi arasında
qarşılıqlı əlaqənin üçtərəfli formatının yaradılmasına imkan yaratmağa istəkli və hazırlıqlı
olduğunu açıq-aydın göstərir. Azərbaycanın mövqeyi tamamilə açıq və aydındır. Biz sülh
istəyirik, müharibə istəmirik. Biz müharibəni udduq, biz qalibik və bu reallıq nəzərə alınmalıdır.
Dağlıq Qarabağ münaqişəsi həll olunub. Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya
buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur. Biz onu özümüz, güc yolu və siyasi
vasitələrlə həll etdik. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul olunandan 27 il sonra
bunu birtərəfli qaydada həyata keçirdik və bu, ilk növbədə, Ermənistan tərəfindən nəzərə
alınmalı olan yeni reallıqdır. Çünki postmüharibə vəziyyətinin gedişatından gördüyümüz kimi
əsas beynəlxalq oyunçular artıq yeni reallığı qəbul edib və gələcəyi bu yeni reallığa
əsaslanaraq qurmağa çalışırlar. Ermənistan Azərbaycana qarşı istənilən düşmənçilik
əməllərindən çəkinməli, Azərbaycana qarşı ərazi iddialarından çəkinməlidir. Çünki mən bir
neçə dəfə demişəm ki, bizim Ermənistana qarşı ərazi iddialarımızın olması üçün çox tarixi
səbəblərimiz var.Onlar sülh razılaşması üzərində işləməli və XXI əsrdə normal davranışa
riayət etməlidirlər. Biz istənilən halda qonşuyuq, heç birimiz başqa planetə köçməyəcəyik. Ona
görə də, biz xalqlar arasında təmaslar da daxil olmaqla münasibətlərin normallaşması üçün
yavaş-yavaş, addım-addım təməl hazırlayaraq yanaşı yaşamağı öyrənməliyik. Biz açıq şəkildə
demişik ki, buna hazırıq. Lakin hələ ki, Ermənistan tərəfdən heç bir müsbət işarə almamışıq.
Mənə elə gəlir ki, Ermənistanda daxili vəziyyət və bayaq qeyd etdiyim kimi, müharibədə
məğlubiyyətlərindən sonra məyusluq və yumşaq desəm, narazılıq, şişirdilmiş gözləntilər, hərbi
və siyasi potensiallarının qeyri-real qiymətləndirilməsi səbəbilə onların cəmiyyətində bir növ
psixoloji travma yarandı. Ona görə də, Ermənistan hökumətinin azərbaycanlılara qarşı nifrətin
aşılanmasına əsaslanan ictimai rəyin arxasında dayanmaması və normallaşma prosesində
öndə getməsi vacibdir. İctimai rəy formalaşdırılmalıdır. Ermənistanın inkişafı üçün yeganə yol
Azərbaycanla əlaqələrin normallaşdırılması, Türkiyə ilə əlaqələrin normallaşdırılması, qonşu
olmaq, düşmən qonşu deyil, normal qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə
insanları inandırmaq üçün mühüm addımların atılmasıdır. Düşünürəm ki, əgər bu formul
Ermənistan hökuməti və siyasi elita tərəfindən qəbul edilsə, bizim irəliləyiş üçün şansımız var.
Bizə gəlincə isə, bizim mövqeyimiz açıq-aşkardır. Mən bunu dəfələrlə açıq şəkildə dilə
gətirmişəm və bir daha deyirəm ki, biz Cənubi Qafqaz üçün sülh istəyirik, sabitlik, təhlükəsizlik
və çiçəklənən gələcək istəyirik”.
Samir Talıbov
Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı


Digər xəbərlər

0.24025702476501