BANM tələbələri startap müsabiqəsinin qalibi oldular - Fotolar
Bakı Ali Neft Məktəbinin (BANM) AzPlagio komandası Təhsil Nazirliyinin təşkil etdiyi EdTech Startap Müsabiqəsinin qalibi olub. Komanda müsabiqənin final mərhələsində 1-ci yerə layiq görülüb.
İki mərhələdən ibarət olan müsabiqəyə 244 komanda qatılıb. Onların arasından 10 ən yaxşı komanda final mərhələsinə vəsiqə qazanıb. Müsabiqənin əsas qalibi olan BANM-in AzPlagio komandası layihənin reallaşdırılması üçün 10 000 AZN investisiyaya layiq görülüb.
AzPlagio komandasının üzvləri Ali Məktəbin Proseslərin Avtomatlaşdırılması mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri İlqar Məmmədov, Nəzrin Qurbanova, Ağamirzə Fətəliyev, Adil Məhərrəmli, Bəhruz Hüseynov və Ruhan Budaqlıdır.
EdTech Startap Müsabiqəsi ali təhsil müəssisələrində oxuyan tələbələr arasında keçirilən yarışmadır. Yarışmanın əsas məqsədi tələbələr tərəfindən hazırda ölkəmizdə təhsil sahəsində olan çağırışların müəyyənləşdirilməsi, onlara cavab vermək üçün texnoloji həllərin təqdim olunmasıdır.
-
Kəlbəcərdə müasir məktəb binası tikilir - Video
...
-
Emin Əmrullayev “Yüksəliş”in qalibləri ilə görüşdü - Fotolar
...
-
Keyfiyyətli təhsil olmadan heç bir ölkənin gələcəyi ola bilməz
...
-
ASAPES-də prorektor vəzifəsinə yeni təyinat olub
...
-
Tələbələrin təcrübə keçmə qaydalarında edilən yeniliklərin detalları açıqlanıb
...
-
Məktəblərdə qış tətili başladı
...
-
Elm və Təhsil Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqlənib
...
-
Məktəblilərə 5 gün tətil olacaq
...
-
Gənc müəllimlərin forumu keçirildi - Prezidentə dəstək bəyanatı qəbul olundu
...
-
Emin Əmrullayev rektorlarla görüşdü - Fotolar
...