Fərid Qayıbov təltif olunmuş şəxslərə mükafatları təqdim edib
Gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevin bu il imzaladığı müxtəlif sərəncamlarla təltif olunmuş bir qrup şəxsə dövlət mükafatlarını təqdim edib.
Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında keçirilən tədbirdə əvvəlcə dövlət başçısının sərəncamına əsasən, ADBTİ-nin 90 illik yubileyi münasibətilə və Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə təltif edilmiş bir nəfərə “Şöhrət” ordeni verilib.
Bundan əlavə, bir nəfərə Prezidentin fərdi təqaüdünün müvafiq sənədi, yeddi nəfərə “Tərəqqi” medalı, səkkiz nəfərə Əməkdar müəllim, beş nəfərə isə Əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adının vəsiqəsi və döş nişanı təqdim edilib.
Həmçinin, Azərbaycan Prezidentinin müxtəlif Sərəncamları ilə təltif edilmiş şəxslərə “Şöhrət” və “Şərəf” ordenləri, üç nəfərə “Tərəqqi” medalı, dörd nəfərə isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları təqdim olunub.
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...