Gənclər və İdman Nazirliyində yeni təyinat olub

23:50 20-12-2021 | icon 1452
Gənclər və İdman Nazirliyində yeni təyinat olub

Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) İdman şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.

AGİN-in Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyevin verdiyi məlumata görə, nazir Fərid Qayıbovun müvafiq əmri ilə Elnur Məmmədov müvəqqəti olaraq sözügedən vəzifəni icra edəcək.

Qeyd edək ki, Elnur Məmmədov bunadək müxtəlif idman federasiyalarında, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, həmçinin Qırğızıstanda idman sahəsində çalışıb.


Digər xəbərlər

0.28336095809937