Azərbaycan Triatlon Federasiyasının yeni prezidenti məlum olub

15:16 21-12-2021 | icon 1473
Azərbaycan Triatlon Federasiyasının yeni prezidenti məlum olub

Azərbaycan Triatlon Federasiyasının hesabat-seçki konfransı keçirilib.

Gənclər və İdman Nazirliyinin inzibati binasında gerçəkləşən tədbirdə qurumun prezidenti vəzifəsinə seçkilər olub.

Elçin Əliyev federasiyanın yeni prezidenti seçilib. Əliyev bu vəzifədə Azər Məhərrəmovu əvəzləyib.

Qeyd edək ki, Elçin Əliyev Azərbaycanda proqram təminatı və sistem inteqrasiyası yığılması üzrə ən böyük şirkət sayılan SINAM LTD-nin banisi və hazırkı rəhbəridir. Şirkət bundan başqa "Kür" markalı kompüterlərin istehsalçısıdır.


Digər xəbərlər

0.27165508270264