Azərbaycana qış gəldi

22:49 21-12-2021 | icon 1144
Azərbaycana qış gəldi

Azərbaycana qış fəsli qədəm qoyub.

Bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

 

Bildirilib ki, bu il qış fəsli ölkəmizdə dekabrın 21-i saat 19:59-dan başlanıb.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur.

Həmin gün ən qısa gündüz və ən uzun gecə müşahidə edilir. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olur.


Digər xəbərlər

0.23862600326538