İlham Əliyev zirvəsinin böyüklüyü

16:52 23-12-2021 | icon 1227
İlham Əliyev zirvəsinin böyüklüyü

 

YAP-ın 27-ci ildönümü Saatlıda qeyd olundu – Rakus.az

LÜTVƏLİ ŞIXƏLİYEV, YAP SAATLI RAYON TƏŞKİLATI SƏDRİNİN SƏLƏHİYYƏTLƏRİNİ İCRA EDƏN

Xalqımız hər zaman liderlər yetişdirmişdir. Tarix şanlı səhifələrlə zəngindir. Müasir tariximizin təkcə Heydər Əliyev səlnaməsi bəs edir ki, biz öz rəhbərlərimizlə fəxr edək. Bugün isə tarixi inkişafımızın yeni mərhələsi meydana gəlməkdədir. Biz özünüdərkin zirvəsini yaşayırıq. Milli var olma, milli maraqların təminatı məhz İlham Əliyevin adı ilə bağlıdır. İlham Əliyev müasir, müdrik, sadə, səmimi və müzəffər liderdir.

Müstəqil siyasi institutlarımızın uğurlu fəaliyyəti, milli ordumuzun döyüş təcrübəli, qalib ordu kimi formalaşması və milli kadrlarla zəngin dövlət aparatının yaradılması kimi yeni dövrün, müasir çağırışlarına cavab verən dövlətçiliyimiz və o dövlətçiliyin banisi olan liderimiz var. Əlbəttə, möhtərəm İlham Əliyevin fəaliyyəti, onun milli maraqlara münasibəti bir çox siyasi elmi işin mövzusudur. Onun yaratdığı 5-ci nəsil ordunun döyüş qabiliyyəti, taktiki döyüş əməliyyatları hərbi məktəblərdə öyrənilir. Onun diplomatik qabiliyyətləri özünün də bitirdiyi Moskva Diplomatiya İnstitutunun dərsliklərində tədris olunur. Bax, budur İlham Əliyev zirvəsinin böyüklüyü.

Dünyada insanların hər biri bir fərddir. Onların duyğuları, düşüncələri, sevgiləri, yanaşmaları biri digərindən fərqlənir. Hər bir Azərbaycanlının öz liderini sevmək üçün öz səbəbləri, öz yanaşması, öz sevgisinin ifadə tərzi var. Bəzən sevgini bir böyük məqalə ilə ifadə edərsən, bəzən isə bir sözlə, bir cümlə ilə. Heydər babanın oğlusan deyən o körpə də, şəhid məzarı üstündə övladını torpağa tapşıran ana da, Şuşada bayraq qaldıran igirlərimiz də cənab Prezidenti sevir və ona güvənir. Onun sözü qanundur, onun sözü imzası qədər böyük gücə malik, hüquqa malikdir. Cənab Prezident, Sizin arxanızda xalqımızın ən ləyaqətli oğul və qızlarının birləşdiyi, Ulu Öndər zəkasının nuru olan Yeni Azərbaycan Partiyası dayanır və Sizi dəstəkləyir.

Bu il Sizin yubileyinizdir. Mən Sizi və bütün xalqımızı səmimi qəlbdən təbrik edir, məsuliyyətli və çətin işinizdə uğurlar arzu edirəm. Əmin olun ki, hər bir Azərbaycan xalqının nümayəndəsi Sizin həyata keçirdiyiniz milli məzmunlu, səmimi siyasətinizi dəstəkləyir və ətrafınızda dəmir yumruq kimi birləşir. 

Siz, cənab Ali Baş Komandan, ata nəsihətini yerinə yetirən oğulsunuz, Siz Ulu Öndər Heydər Əliyevin yadigarısınız, Siz bu xalqın qəhrəman oğlusunuz, Siz zəfər bayrağı sancan bayraqdarsınız. Biz sizinlə qürur duyuruq!

Yaşasın rəşadətli ordumuz, yaşasın müdrik xalqımız, yaşasın müzəffər Ali Baş Komandan!


Digər xəbərlər

0.23638296127319