Deputatlar Prezidentə təbrik məktubu göndərib
Milli Məclisin sədri Sahibə Qafarova Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.
Spiker təbrik çıxışında bunları deyib: "Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün də inamla həyata keçirilən davamlı islahatlar Azərbaycanın dayanıqlı və dinamik inkişafını təmin edir. Dünyada iqtisadi və maliyyə böhranının yaşandığı, pandemiyanın yaratdığı çətinliklərin davam etdiyi bir vaxtda ölkə iqtisadiyyatının bütün istiqamətlərində artıma nail olunub.
Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrin də modernləşdirilməsi, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində işlər planlı və ardıcıl şəkildə davam etdirilir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında düşməni diz çökdürən Azərbaycan Ordusu üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirməyə hər an qadirdir.
60 illik yubileyi münasibətilə möhtərəm Prezidentimizi təbrik etmək üçün Milli Məclisin deputatları adından təbrik məktubu hazırlanıb. Həmin təbrikdə Azərbaycan dövlətinə uğurla rəhbərlik edən möhtərəm Prezidentimizə bizim ən xoş arzularımız çatdırılıb".
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
...
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...