Voleybol Federasiyasında yeni baş katib

14:46 24-12-2021 | icon 1735
Voleybol Federasiyasında yeni baş katib

Azərbaycan Voleybol Federasiyasına yeni baş katib təyin edilib.

Federasiya prezidenti Cavid Qurbanovun və AVF İdarə Heyətinin qərarı ilə bu gün Fərid Xəlilov qurumun baş katibi təyin edilib.

Fərid Xəlilov 2019-2021-ci illərdə “Azərreyl” klubunun prezidenti vəzifəsini icra edib.

Qeyd edək ki, F. Xəlilovdan öncə AVF baş katibi vəzifəsini icra edən Cəlil Cəfərov son hesabat-seçki konfransında vitse-prezident seçilib.


Digər xəbərlər

0.31202793121338