Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində Avropa İttifaqının səyləri böyük əhəmiyyətə malikdir

13:01 27-12-2021 | icon 1406
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində Avropa İttifaqının səyləri böyük əhəmiyyətə malikdir

İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara
uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə Avropa
İttifaqının rolu və səyləri böyük əhəmiyyət kəsb edir.
Rəsmi İrəvanın hərbi cinayətləri müharibədən sonrakı dövrdə də davam edir.
İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi məsələsi hələ də öz
həllini tapmayıb. Avropa İttifaqının bu məsələdə yardımçı olmaq arzusu
Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Müharibə bitdikdən sonra 200
nəfərə yaxın insan minalar səbəbindən həlak olub və ya ağır yaralanıb.Avropa
İttifaqı tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollar,
Azərbaycana isə 140 milyondur. Hətta azad olunmuş ərazilərdə Ermənistan
tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin
əhalisinin sayına nəzər salsaq, görərik ki, fərq 5 dəfədən çoxdur – Azərbaycanın
əhalisi 10 milyon, Ermənistanda isə 2 milyon. Bundan əlavə, işğal illəri ərzində
Livanın sahəsinə bərabər ərazilər tamamilə dağıdılıb. Bu gün əcnəbi vətəndaşlar və
jurnalistlər həmin ərazilərə səfər edəndə dağıntıların miqyasını öz gözləri ilə
görürlər. Eyni zamanda, 1 milyona yaxın mina basdırılıb. Minaları təmizləmə
prosesi olduqca baha başa gəlir və çox vaxt aparır. Ermənistanda heç bir dağıntı
yoxdur. Bu ölkə işğal edilməmişdi, o, özü işğalçı idi. Fiziki cəhətdən belə
Ermənistanın iqtisadiyyatı bu nəhəng həcmli paketi mənimsəyə bilməz. Yanaşma
vahid standartlara əsaslanmalıdır. Azərbaycana eyni şərtlərlə, eyni həcmdə vəsait
ayrılmalıdır.
Azərbaycanda media ilə bağlı məhdudiyyətlər yoxdur. Azərbaycanda azad
internet var və senzura mövcud deyil. Azərbaycan əhalisinin 80 faizindən çoxu
internet istifadəçisidir, medianı məhdudlaşdırıb azad internetə malik olmaq
mümkünsüzdür. Eynilə insan hüquqları məsələsi. Bütün insan hüquqları qorunur
və bu gün Azərbaycan uzun illər əvvəl üzləşdiyi tənqidə məruz qalmır.
ATƏT-in mandatına əsasən Minsk qrupu 1992-ci ildən münaqişəni həll etməyə
məcbur idi. Minsk qrupu ötən il noyabrın sonunadək, Azərbaycan 44 gün ərzində
əraziləri azad edənə kimi 28 il ərzində fəaliyyət göstərdi. Minsk qrupunun

fəaliyyəti uğursuz idi. Əgər Minsk qrupunun həmsədrləri – dünyanın aparıcı
ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın
ən güclü ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək
istəmədilərsə, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz idi.
İtaliya dünya miqyasında Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir.
İtaliya Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa
İttifaqına üzv olan 9 dövlətdən biridir. Transadriatik boru kəmərinin istismara
verilməsi ilə Azərbaycan İtaliyanın mühüm təchizatçısına çevrilib. İtaliya
istehlakında Azərbaycan qazının həcmi ilbəil artacaq. İtaliya dost ölkə olaraq azad
edilmiş ərazilərdə fəaliyyət göstərəcəkdir. İtalyan memarları Şuşadakı tarixi
abidələrin və məscidlərin bərpa işlərində iştirak edəcəklər. İtalyan şirkəti Bakıda
Zəfər Muzeyinin tikintisinə fəal şəkildə cəlb olunub. Azad edilmiş ərazilərdə
İtalyan şirkətlərinin çox fəal iştirak etdiyi müxtəlif layihələr
mövcuddur.Azərbaycan Avrasiyanın nəqliyyat habına çevrilir. Azərbaycanda altı
beynəlxalq hava limanı var və azad olunmuş ərazilərdə daha üç beynəlxalq hava
limanı olacaq. Birinin açılışı artıq olub. Ölkəmizi bütün qonşu ölkələrlə birləşdirən
dəmir yolu sistemi şaxələndirilir. İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur
dəhlizi adlandırılan yeni dəhlizi açmaq üçün əlverişli imkanlar yaranıb. Həmin
dəhliz Azərbaycandan Ermənistana və oradan Azərbaycanın Naxçıvan Muxtar
Respublikasına gedərək Türkiyə və Avropaya qədər uzanır, bu da nəqliyyat üçün
alternativ marşrut olacaq.Nəqliyyat sektoru enerji sektorundan sonra ölkəmizin
aparıcı sektorlardan biri olacaq. Ələt qəsəbəsində yerləşən azad iqtisadi zonanın
yaradılması üzərində fəal işlər aparılır. Xəzər dənizində ən böyük ticarət limanının
açılışı xüsusi olaraq qeyd olunmalıdır. Onun yükaşırma gücü 25 milyon tona qədər
arta bilər. Azərbaycan artıq bütün növ yük gəmiləri, tanker və bərələri qəbul edə
bilir.

Hüseynov Rüfət
Saatlı rayon Gomuşçu kənd tam orta məktəbin direktoru


Digər xəbərlər

0.26568508148193