Ərini öldürən qadın məhkəmə zalından azadlığa buraxıldı
Həyat yoldaşını öldürməkdə ittiham olunan Sevda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda S.Babayeva məhkəmə zalından azadlığa buraxılıb.
Məhkəmənin qənaətinə görə, o hadisəni özünü müdafiə edərkən törədib. İstintaq orqanı S.Babayevaya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham versə də, məhkəmə əməli 123-cü (zəruri müdafiə həddini aşmaqda adam öldürmə) maddəyə tövsif edib. Qadına 1 il 6 ay azadlıqdan məhrum etmə cəzası verilib. S.Babayeva 8 aydır həbsdə olduğundan qalan müddət Zəfər günü ilə bağlı Amnistiya aktının təsir dairəsinə düşüb və o azadlığa buraxılıb.
Xatırladaq ki, hadisə bu ilin aprelində Lökbatan qəsəbəsində baş verib. Əri Sevdanı boğmağa çalışarkən qadın onu bıçaqla vurub. 1994-cü il təvəllüdlü Elvin Əsgərzadə ürəyinə dəyən bıçaq zərbəsindən ölüb.
26 yaşlı Sevda Babayeva məhkəmədəki ifadəsində deyib ki, evlilikdən öncə Elvinlə 7 il sevgili olublar: "Valideynlərimin narazılığına baxmayaraq onunla ailə qurdum. Amma evlənəndən sonra münasibət dəyişdi, tez-tez mübahisələr, davalar başladı. Ərim ailə ilə maraqlanmırdı, tez-tez məni döyüb təhqir edirdi. Kirayə qaldığımız evin pulunu ödəmirdi, ona görə hamilə olduğum dövrdə bizi evdən çıxardılar. Başqa evə köçdük, yenə eyni vəziyyət təkrarlandı. Məcbur qalıb, Lökbatanda atamın həyətində olan əlavə evə köçdük. Orada qalanda da uşağın yeməyini belə almırdı. Fəhlə işləyirdi, amma bilinmirdi ki, qazancı hara gedir. Buna görə nəsə deyəndə də döyülürdüm, söyülürdüm. Problemləri valideynlərimə bildirmirdim. Ailəmin dağılmasını istəmirdim. Öz seçimim idi deyə susurdum. Ərimin başqa qadınlarla münasibətlərinə görə də aramızda mübahisələr olurdu. Hamama girib telefonla danışırdı, soruşanda da deyirdi ki, yaxşı eləyirəm. Məni elə döyürdü ki, adam arasına çıxası halım olmurdu. Narkotikdən istifadə etməyə başlamışdı”.
Ekspertiza Babayevanın üzərində xəsarətlərin, o cümlədən boynunda boğulmaya xarakterik izlərin olması barədə rəy verib. Həmçinin meyitin müayinəsi zamanı ekspert onun hadisə günü narkotik maddə qəbul etdiyini müəyyən edib.
-
Bakıda saxta dollar dövriyyəyə buraxmaq istəyən şəxs saxlanıldı - Fotolar+Video
...
-
O video Bakıda necə çəkilib? - DTX qadınları saxladı
...
-
İrandakı səfirliyimizə hücumun yayımlanmayan görüntüləri - Video
...
-
Rəşad Dağlı özünü təqsirli bilmir
...
-
Bakıda sürücü “Prius”u polislərin üzərinə sürdü - Video
...
-
“İskəndər dedi ki, Rəşad çaşsa, onu vuracaq”
...
-
“İPhone”a görə saxlanılan millimizin üzvləri ilə bağlı - Qərar
...
-
Rəşad Dağlı daha bir maddə ilə ittiham olunur
...
-
“Mən buranın lotusuyam” dedi, kafedə kütləvi dava düşdü - Video
...
-
“Könül DTX zabiti olduğunu, xüsusi tapşırıqla həbsə salındığını demişdi”
...