İlham Əliyev xalqın dəstəyinə arxalanır və bu dəstək ona güc verir

14:43 28-12-2021 | icon 1514
İlham Əliyev xalqın dəstəyinə arxalanır və bu dəstək ona güc verir

Dekabr ayının 24-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı İlham Əliyev özünün 60 illik yubileyini Vətən müharibəsində qazanılan Şanlı
Qələbə nəticəsində işğaldan azad edilən Qarabağ torpağında qeyd edib. Əvvəlcə
Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni tipli Komando hərbi hissəsinin açlışında
iştirak edən Prezident müharibənin bitməsinə baxmayaraq ordunun qüvvətləndirilməsi
məsələlərinin hər zaman gündəmdə olacağını bəyan edib.
Son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələr, hərbi
şəhərciklər salınıb. Ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi
hissələrin yaradılması xüsusi yer tutur və artıq Azərbaycanın bütün bölgələrində əksər
hərbi hissələr lazımi standartlara cavab verir. Qarabağın mərkəzində, mühüm strateji
əhəmiyyət daşıyan Hadrut qəsəbəsində yeni tipli hərbi hissənin açılışı da bu işlər
sırasındadır. Bu hərbi hissədə şəxsi heyətin xidməti və yaşayışı üçün hər cür şərait
yaradılıb.
Hərbi hissənin açılışında Prezidentin qeyd etdiyi kimi bu gün ölkədə hərbçilərin xidmət
şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli də
həmişə diqqət mərkəzindədir. 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə dövlət
tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən
mənzillə təmin olunub. Cari ilin sonuna qədər isə daha 130 hərbçi ailəsinə yeni
mənzillər veriləcəkdir.
Qeyd edilib ki, Azərbaycanda müharibədən sonra ordu quruculuğu prosesi
dayandırılmayıb, orduya ayrılan xərclər isə artırılıb. Müharibədən sonra imzalanmış yeni
kontraktlar əsasında Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir.
Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi
ruhunu qoruyacaqdır.
Hadrut qəsəbəsində yeni tipli Komando hərbi hissəsinin açılışından sonra Prezident
İlham Əliyev ailə üzvləri ilə birlikdə Qarabağın incisi Şuşa şəhərinə gəlmişdir. Ölkə
başçısının Şuşaya növbəti səfəri Prezident İlham Əliyevin 60 illik yubileyinə təsadüf
edir. Artıq neçə illərdir ki, Prezident İlham Əliyev öz ad günlərini Azərbaycan xalqı ilə
birlikdə qeyd edərək sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və
şəhid ailələri ilə görüşür. Öz 50 illiyini Ağcabədidə məcburi köçkünlərlə bərabər qeyd
edən Prezident İlhan Əliyev bu il dekabrın 24-də 60 illiyini də ailə üzvləri ilə birlikdə
Qarabağda - Şuşada keçirib.
18 il əvvəl Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər İlham Əliyev xalqın
dəstəyinə arxalanır və bu dəstək ona güc verir. Prezidentin qeyd etdiyi kimi “Bu dəstək
iradəmi möhkəmləndirir və bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı
böyük tarixi uğurlara imza atmışıq”.

Aygün İsmayılova
Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı


Digər xəbərlər

0.26996612548828