Dünya azərbaycanlılarını birləşdirən Ulu Öndər Heydər Əliyev

14:44 28-12-2021 | icon 1988
Dünya azərbaycanlılarını birləşdirən Ulu Öndər Heydər Əliyev

Dövlət başçısı İlham Əliyevin imzaladığı 21 yanvar 2013-cü il tarixli “Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Sərəncamı
müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin ölkəmizin
hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun artması, milli dövlətçilik ideyalarının bərqərar
olması istiqamətində əvəzsiz xidmətlərinə işıq salınmasında əhəmiyyətli rol oynayır. Bu
gün böyük fəxr hissi ilə qeyd etdiyimiz “Müstəqil Azərbaycan Ulu öndər Heydər
Əliyevin şah əsəridir” fikri müstəqilliyimizin ilk illərindəki Azərbaycanın bugünkü
Azərbaycanla müqayisəsi fonunda bir daha öz aydın ifadəsini tapır. Ümummilli lider
Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə daim tərəqqisi üçün çalışdığı, zəngin
mədəniyyəti, tarixi ilə qürur duyduğu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt
sınaqlarından çıxarmışdır. Uzun illər Azərbaycana rəhbərlik etməsinin özü Heydər
Əliyev şəxsiyyətində formalaşan, müstəqilliyə və xalqına sədaqət, millilik və vətənə
məhəbbət hissindən qaynaqlanan inamın təzahürüdür.
Sovetlər birliyi dövründə Azərbaycana rəhbərlik edən, bəşəri düşüncəli Ulu Öndər
ölkəmizi qabaqcıl respublikalar sırasına çıxardığı kimi 1993-cü ilin iyununda xalqın
təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə dövlətçilik tarixinin yeni mərhələsinin,
müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu. 1960-cı illərin sonlarında
Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər
Əliyevin hakimiyyətə gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş,
milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanmışdı. Dahi şəxsiyyət 1993-
cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqda da yenə özünün siyasi bacarığı ilə
ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən, xaosdan,
anarxiyadan xilas etdi, cəmiyyətin məqsədini, məramını öz varlığında, özünün
şəxsiyyətində təzahür etdirərək, doğma xalqını vahid bir məfkurə-azərbaycançılıq
ideyası ətrafında səfərbər edib, onların qəlbində sabaha inam hissi yaratmağı bacardı.
Müstəqil, iqtisadi cəhətdən qüdrətli, beynəlxalq münasibətlər sistemində əhəmiyyətli rol
oynayan, bütün dünya azərbaycanlılarının qürur mənbəyinə çevrilən Azərbaycan kimi
bir dövləti yaratmaq Ona nəsib oldu. “Biz müstəqil Azərbaycan kimi əzəmətli bir
abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq,
gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli vəzifə düşübdür və bunu
layiqincə yerinə yetirməliyik. Güman edirəm ki, hər bir vətəndaş bu vəzifənin yerinə
yetirilməsində öz yerini tapacaqdır”. Xalqına arxalanan Heydər Əliyev Azərbaycan
dövlətçiliyinin inkişaf etdirilməsinə, ictimai-siyasi sabitliyin, ərazi bütövlüyünün təmin
olunması kimi mürəkkəb vəzifələrin həlli üçün ölkə həyatında vacib olan işlərə- dövlət
intizamının, qanunçuluğun, hüquq-mühafizə orqanlarının, ordunun
möhkəmləndirilməsinə başladı. Bu fakt xüsusi olaraq önə çəkildi ki, demokratiya
ictimai-siyasi sabitliyin, qanunun aliliyinin hökm sürdüyü şəraitdə inkişaf edə bilər.
Azərbaycan demokratiya yolu ilə gedir, heç bir qüvvə bizi bu yoldan döndərə
bilməz. Demokratik dövlət quruculuğunu şərtləndirən bütün amillərin mövcudluğu
istiqamətində atılan zəruri addımlar da Azərbaycanın demokratik prinsipləri bu
gününün və gələcəyinin əsası kimi qəbul etdiyini təsdiqlədi. 1995-ci il noyabrın 12-də
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul

olunan Milli Konstitusiyamız demokratikləşmə prosesinin daha da sürətlənməsinə yol
açdı. Dahi şəxsiyyət bildirmişdir ki, Konstitusiya-əsas qanun ölkədə sabitliyi təmin
etməlidir. Hər bir kəs Konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli
gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə
gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından
iştirak etməlidir. Əsas qanunumuzda əksini tapan maddələrin üçdə iki hissəsi məhz
insan hüquqlarının qorunmasına və müdafiəsinə xidmət edir. Müstəqil Azərbaycanın
gələcək inkişaf yolunu müəyyənləşdirən Ümummilli lider Heydər Əliyev sivilizasiyalı
dövlət quruculuğu istiqamətində önəmli islahatlar apararaq bugünkü Azərbaycan üçün
etibarlı təməl yaratdı. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın
müstəqilliyinin qorunub saxlanılmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr
olunacaqdır. Mənim başqa məqsədim, amalım yoxdur. Bunu isə mən xalqla birlikdə,
xalqın dəyərli insanları, hörmətli adamları ilə, xalqın irəli çəkdiyi nümayəndələri ilə
birlikdə edə bilərəm”. Atdığı hər bir addımında xalqına güvənən, xalqından güc alan
Ulu öndər Heydər Əliyev milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyasını
hazırlamaqla neçə-neçə onilliklər üçün Azərbaycanın inkişaf yolunu müəyyənləşdirdi.

Rauf Salmanov
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


Digər xəbərlər

0.29285216331482