“Azpetrol”un yaxınlığında insident - Polislər bıçaqlandı
Sumqayıtda polis əməkdaşları bıçaqlanıb.
Şəhər prokurorluğundan verilən məlumata görə, dekabrın 28-də şəhər ərazisindəki “Azpetrol”un yaxınlığında Sumqayıt şəhər polis idarəsinin əməkdaşlarına xəsarətlər yetirilərək zor tətbiq olunması ilə bağlı məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, paytaxt sakini Ağa Əzimov qeyd edilən yanacaqdoldurma məntəqəsinin yaxınlığında əməliyyat tapşırığına əsasən həmin vaxt xidməti vəzifələrini icra edən Sumqayıt ŞPİ-nin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Xəqani Məmmədov və kiçik inspektoru Orxan Baxşəliyevə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Ağa Əzimov saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. Ağa Əzimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq davam edir.
-
Rəşad şikayət hüququndan istifadə etmədi, “zona” köçürülür
...
-
İlkinin işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı
...
-
DİN-dən polisin kuriyeri tutacağı ilə bağlı iddialara cavab
...
-
DTX xüsusi əməliyyat keçirdi - Video
...
-
Sumqayıtda arvad ərini öldürüb təslim oldu
...
-
Polis Sabirabadda əməliyyat keçirdi - Saxlanılanlar var
...
-
Bakıda 3 min manata “Makarov” satmaq istəyən şəxs saxlanılıb
...
-
Polis 4 il əvvəl törədilən qətlin üstünü açdı
...
-
Həbs olunan məmurlarla bağlı - Rəsmi açıqlama
...
-
İsgəndərin Rəşad Dağlıya yazdığı mesajlar...
...