Fərid Qayıbov Reqbi Federasiyasının rəhbərliyi ilə görüşdü
Dekabrın 29-da gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Reqbi Federasiyasının rəhbərliyi ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, nazir ölkəmizdə idmanın bütün növlərinin, o cümlədən də reqbinin inkişafının vacibliyini vurğulayıb. O, qeyd edib ki, özünəməxsus özəllikləri ilə fərqlənən bu idman növü maraqlı olsa da, ölkəmizdə geniş yayılması üçün təbliğ olunmasına ehtiyac var.
Azərbaycan Reqbi Federasiyasının prezidenti Elşən Abbasov qurumun fəaliyyəti və qarşıdakı planları barədə məlumat verib. Bildirib ki, federasiya bu idman növünün təkcə paytaxtda deyil, bölgələrdə də inkişafına çalışır.
Görüşdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, idman şöbəsinin aparıcı məsləhətçisi Əliniyaz Mirzəyev, federasiyanın birinci vitse-prezidenti Elvar Osmanov və vitse-prezident Səbuhi Qarayev iştirak ediblər.
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...
-
Elvin Məmmədov: "Federasiyadaki dəyişikliyin futbolumuzda yeni səhifə açacağını düşünürəm"
...
-
Bakı kənd və qəsəbələri arasında minifutbol turniri: II tur başa çatıb - FOTO
...
-
Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
...
-
“Qarabağ” – “Səbail” matçında 6 qol - Video
...