Əlilliyi olan şəxslər Heydər Əliyev Fondunun dəstəyi ilə “Dubay Ekspo”da çıxış etdi - Fotolar
“Dubay Ekspo 2020” ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda “DanceAbility Azerbaijan” İnklüziv Performans Şirkətinin “Bədənimin danışacaq hekayəsi var” rəqs tamaşası nümayiş etdirilib.
Tamaşa Heydər Əliyev Fondu və UNICEF-in dəstəyi ilə baş tutub.
Xatırladaq ki, Heydər Əliyev Fondu ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında ötən ilin dekabrında Anlaşma Memorandumu imzalanıb. Memorandum 2025-ci ilin sonunadək Azərbaycanda uşaqların erkən uşaqlıq dövründə inkişafı, inklüziv təhsil, yeniyetmə və gənclərin inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu istiqamətdə görülən işlər çərçivəsində əlilliyi olan uşaqlardan ibarət rəqs qrupunun “Dubay Ekspo”da konsert proqramı dünya sərgisinin ziyarətçiləri tərəfindən maraqla qarşılanıb.
“Dubay Ekspo 2020” dünya sərgisində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonda mütəmadi olaraq müxtəlif sahələri əhatə edən tədbirlər və konsert proqramları keçirilir. Sərgi 2022-ci il martın 31-dək davam edəcək.
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...