“Neftçi” Eddi İsrafilovun transferini açıqladı

16:54 05-01-2022 | icon 1341
“Neftçi” Eddi İsrafilovun transferini açıqladı

“Neftçi” klubu yeni transferi Eddi İsrafilovu təqdim edib.

Son ölkə çempionu yarımmüdafiəçinin keçidini rəsmi televiziyası vasitəsi ilə açıqlayıb.

30 yaşlı oyunçu "ağ-qaralar"ın heyətində 14 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Eddi İsrafilov iyunda İspaniya "Albasete"sindən ayrıldıqdan sonra klubsuz qalıb. 2015-ci ildən Azərbaycan yığmasına dəvət alan oyunçu son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda millinin formasını geyinib.


Digər xəbərlər

0.24610996246338