Evdən 150 minlik oğurluq edənlər saxlanıldı - Video


Bakıda evdən içərisində pul qızıl-zinət əşyaları və qol saatları olan seyfi oğurlayan şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi rayonunda yaşayan ev sahibi polisə müraciət edərək 31 dekabr-2 yanvar tarixlərində evdə olmadığı müddətdə naməlum şəxslər tərəfindən mənzildən içərisində 10 min manat nağd pul, 150 min dollarlıq qızıl-zinət əşyaları və 15 min manat dəyərində qol saatları olan seyfin oğurlandığını bildirib.
Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Zaqatala rayon sakinləri Murad Allahverdiyev və Uveys Məmmədov saxlanılıblar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər. Onların oğurladıqları qızıl-zinət və digər əşyalar onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.



-
Onlayn yolla narkotik alan şəxs tutulub
...
-
DTX “Broker” MMC-nin rəhbərini saxladı
...
-
Xırdalanda yaşayış binasında partlayış olub, xəsarət alanlar var
...
-
Saxta iş elanları ilə insanları aldadan şəxs saxlanılıb
...
-
Saray bələdiyyəsinin sədri saxlanıldı
...
-
“28 May”da pulla dolu çantanı aparan şəxs kameraya düşdü - Video
...
-
DTX Gömrük Komitəsindəki əməliyyatlarla bağlı məlumat yaydı
...
-
Azərbaycanda daha bir general saxlanıldı
...
-
DYP postunda saxlanıldılar, hamısında narkotik aşkarlandı - Video
...
-
Azərbaycanda at fermasının sahibi həbs edildi
...