“Anamın adından yazılanlar yalandır” - Eddi İsrafilov+Video
“Müharibə vaxtı da, bitəndən sonra da hər zaman Azərbaycanı dəstəkləmişəm. Bura mənim vətənimdir”. Bu sözləri “Neftçi”nin yeni transferi, Azərbaycan millisinin üzvü Eddi İsrafilov jurnalistlərə açıqlamasında deyib.
O, anası İradə İsrafilovanın 2020-ci ildə Vətən müharibəsi zamanı “Biz neytral ərazidə yaşayırıq və Eddi də siyasətə qarışmaq istəmir. Bundan başqa, bizim burada dostlarımız və tanışlarımız arasında çoxlu erməni də var” sözlərini demədiyini bildirib:
“3-4 yaşımadək Azərbaycanda böyümüşəm və ölkəmə hörmətlə yanaşıram. Anamın bu sözləri dediyini haradan götürmüsünüz? O videonu mənə göstərin, amma göstərə bilməzsiniz, çünki hamısı yalandır. Vətən müharibəsi 27 sentyabrda başlayıb və həmin gün Azərbaycana dəstək paylaşımı etmişəm. 10 noyabrda da “Qələbə günün mübarək, Azərbaycan” paylaşımım var. Yenə də deyirəm ki, “Qarabağ Azərbaycandır!””.
-
Elvin Məmmədov: "Federasiyadaki dəyişikliyin futbolumuzda yeni səhifə açacağını düşünürəm"
...
-
Bakı kənd və qəsəbələri arasında minifutbol turniri: II tur başa çatıb - FOTO
...
-
Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
...
-
“Qarabağ” – “Səbail” matçında 6 qol - Video
...
-
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
...
-
Azərbaycan və Gürcüstan Qolf Federasiyaları birgə əməkdaşlıq qurur - Memorandum imzalanıb
...
-
“Neftçi” İdman Klubunun Amputant futbol komandası qələbə qazanıb
...
-
“Qaradağ Lökbatan”dan önəmli səfər qələbəsi
...
-
Millimiz Tailandda ikinci oldu
...
-
UEFA Azərbaycanın 11 klubuna ödəniş etdi
...