Utanın cənablar, UTANIN...!

14:43 09-01-2022 | icon 378
Utanın cənablar, UTANIN...!
loading...

"Gücünü arvadlara göstərirsən, səni kişi bilirdim"

Məhşur "Axırıncı aşırım" filmindən olan bu sözlər yəqin ki, çoxunuza tanışdı. 

Təəssüf ki, dövrümüzdə, xüsusən bəzi vətən müharibəsi iştirakçıları arasında kimlərəsə maşa olan "Qəmlo"ların sayı da getdikcə artır. 

Bu tendensiya son günlər özünü bəzi sahələrdə daha çox göstərməyə başlayıb.

Belə ki, bəzi xəbər saytlarında  bir xanımla bağlı son dərəcə qərəzli bir munasibətin nəticəsi olduğu açıq-aydın gorünən, heç bir konkret faktın yer almadığı və şəxsiyyətin təhqir olunmasına xidmət edən məlumatlar dərhal diqqətimi çəkdiyi üçün bu tip məsələlərdə iyrənc bir oyunun iştirakçısına çevrilənlər barədə nə fikirləşdiyimi yazmağa ehtiyac duydum. 

Yazılarda adı hallanan şəxsin ailəsi, keçdiyi həyat yolu, əmək fəaliyyəti, onun şəxsi keyfiyyətləri ilə bağlı araşdırma aparmaq, onu geniş oxucu kutləsinə tanıtdırmaq istəyirəm. Çunki ortaya belə bir sual çıxır: Doğrudanmı cəmiyyətdə, çalışdığı kollektivdə dərin hörmətə malik olan bir insan haqqında əsassız şayələr yaymağa çalışırlar?


Əvvəlcə bu sahədə tanıdığım bir neçə nəfərlə göruşub onun barəsində soruşdum və internet vasitəsilə ətraflı məlumat topladım. Aydın oldu ki, hər şeyi olduğu kimi cəmiyyətə təqdim etməyə dəyər:

Aytən Qurbanova – Yasamal rayonu 19 saylı şəhər poliklinikasının baş həkimi

Yazının başlanğıcında qeyd etdiyim kimi bu yazının əsas mövzusu da Aytən xanımın bugünə qədər çalışdığı müxtəlif vəzifələrdə gördüyü məqsədyönlü fəaliyyəti ilə baglıdır.

Aytən xanım uzun illər Yasamal rayonu 19 saylı şəhər poliklinikasının baş həkim müavini, 1 ilə yaxındır həmin poliklinikanın baş həkimi vəzifəsində çalışır.

 Bəri başdan deyim ki, mən eşitdiklərimə deyil, gördüklərimə inanan insanam. Bu düşüncələrlə jurnalist təcrübəmdən istifadə edərək araşdırmalarıma başladım. Əvvəlcə internetdə haqqında son yazılmış yazıları bir yerə yığdım və o yazıların hardan, hansı saytlarda və kimlər tərəfindən yazıldığını yoxladım. Bu yazıları dəqiq təhlil etdikdə məlum oldu ki, məlumatar bir əldən çıxır və yayılır. Kimlərsə dövlətimizin və Aytən xanımın uğurlarını istəmir, kimlərsə yuxarı dairələrdə onun haqqında mənfi rəy formalaşdırmağa çalışır. Ən pisi isə odur ki, bütün bu pis oyunlarda qazilərimiz alət edilir.

Şantajla bəslənən insanlar öz bədnam əməllərini həyata keçirə bilmək üçün ictimayi rəyi və dövlətimizi, dövlətimizin qazilərimizə göstərdiyi yüksək səviyyəli münasibəti xalqın gözündən salmaq məqsədi ilə şər-böhtan xarakterli üsullardan istifadə edirlər.


Aytən Qurbanovanın çalışdığı sahədə verdiyi töhfələr respublika ictimaiyyətinə yaxşı bəllidir.  Təəssüf ki, bəziləri, uğurunu görmək istəmir, öz xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışır, cəmiyyətdə gözdən salmaq üçün şər və böhtan dolu yazılar belə yazmaqdan çəkinmirlər. Amma... Unutmasınlar ki, Aytən xanımın rəhbəri olduğu qurumun kollektivi də, xidmət sahəsindəki sakinləri də onu sizdən daha yaxşı tanıyır.

 Əyri prizmadan bildirilən məqsədli fikirlər isə ancaq sizə ziyan gətirəcək.

Aytən Qurbanovanın dövlətinə, rəhbərliyinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Siz isə, cənablar, UTANIN...!

P.S. Azərbaycan xalqında qadına hörmət göstərmək bir mental dəyər səviyyəsindədir. Bu gün bəlkə də xalqımız dünyada nadir xalqlardandır ki, ictimai yerlərdə, ümumiyyətlə, hər bir məkanda qadına qarşı xüsusi münasibət göstərilir. Bu, Azərbaycan xalqına əsrlərdən bəri yadigar qalan bir irsdir və xalqımız bu milli dəyəri uğurlu şəkildə qoruyub gələcək nəslə ötürür. Bununla yanaşı, bizim dinimiz-İslam dini də qadınlara münasibətdə hörmət göstərməyi buyurur. Təəssüflər olsun ki, bəzi şəxslər nədənsə Aytənl xanımın uğurlarını həzm etmirlər. Azərbaycan xanıma qarşı çox çirkin kompaniya aparır, iftira dolu məqalələrlə hansısa məqsədlər güdürlər. 


Digər xəbərlər

0.23884296417236