2016-cı ildə övladlığa götürülən uşaqların statistikası açıqlanıb
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin məlumatına əsasən, 2016-cı ildə 402-si oğlan, 371-i isə qız olmaqla 773 uşaq övladlığa götürülüb.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, övladlığa götürülmüş uşaqların 45,4 faizini üç yaşa qədər, 20,7 faizini 3-5 yaşlı, 19,7 faizini 6-10 yaşlı, 14,2 faizini isə 11-17 yaşlı uşaqlar təşkil edib.
Bu dövr ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 14 uşaq övladlığa götürülüb ki, onlardan da 7-si qızdır.
Ötən il Azərbaycan Respublikasının məhkəmələri tərəfindən 63 uşağın övladlığa götürülməsi barədə qərarlar ləğv edilib.
S.B.
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...