Boks üzrə Azərbaycan çempionatına start verilib
kişi boksçular arasında Azərbaycan çempionatına start verilib.
29 komandanın 100 idmançısının qatıldığı yarışın ilk günündə 16 döyüş baş tutub.
Görüşlərdən öncə Vətən müharibəsi şəhidləri və Azərbaycan boksunun inkişafında xidmətləri olan Tofiq Babanlının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Ardınca 63,5, 67 və 71 kq çəki dərəcələrində ilkin qarşılaşmalar olub və növbəti mərhələyə vəsiqə qazanan idmançıların adlarına aydınlıq gəlib. Yığma üzvü Cavid Çələbiyev ilk döyüşündə asan qələbə qazanıb. Dünya çempionu rəqibini tam üstünlüklə məğlub edib.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən ölkə çempionatına yanvarın 15-də yekun vurulacaq. Yarışın ikinci gününün döyüşləri saat 15:00-da başlayacaq.
Azərbaycan çempionatı
I günün nəticələri
63,5 kq
Malik Həsənov (“Neftçi” İK) – Cavidan Sərkərli (Qəbələ) – ikinci döyüşə gəlməyib
Ramil Məmmədzadə (Sumqayıt) – Sərxan Qurbanzadə (“Qızıl Əlcək” İK) – birinci tam üstünlüklə qələbə qazanıb
Cəlal Qurbanov (“Səbail” İK) – Miradam İbrahimov (Biləsuvar) – 4:1
Şamil Həbibov (DİN İK) – Bəxtiyar Qazıbəyov (DİN İK) – 1:4
67 kq
Cavid Çələbiyev (“Qəbələ” İK) – Nicat Əliheydərov (“Naxçıvan” İK) – birinci tam üstünlüklə qələbə qazanıb
Pərvin Heydərov (“Qızıl Əlcək” İK) – Etibar Cavadov (“Məhsul” İC) – ikinci döyüşə gəlməyib
Rəhman Quliyev (Gəncə) – Elmir Novruzov (Sumqayıt) – 4:1
Ümid Ağayev (BFL) – Xanbala Qurbanov (BFL) – 0:5
Turan Quluzadə (“Qızıl əlcək” İK) – Elməddin İsmayılov (“Zenit” İK) – 0:5
71 kq
Niyaməddin Allahverdiyev (Gəncə) – Ümid Hüseynli (Z-1 İK) – birinci tam üstünlüklə qələbə qazanıb
Xəzər Əliyev (“Qəbələ” İK) – Fərid İsmayıllı (Qəbələ) – 4:1
Ruslan Məmmədov (“Kür” İK) – İqor Platonov (DGK İK) – 5:0
Səbuhi Abışov (MOİK) – Rəşid Həsənov (BFL) – ikinci tam üstünlüklə qalib gəlib
Mirrahib Məmmədov (Sumqayıt) – Hüseyn Mustafazadə (“Naxçıvan” İK) – 1:4
Şamil Allahverdiyev (Qəbələ) – Laçın Balakişiyev (DİN İK) – birinci döyüşə gəlməyib
Qəşəm Məmmədov (“Sərhədçi” İK) – Nicat Həsənov (“Qızıl Əlcək” İK) – 0:5
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...
-
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” start götürür - Video
...
-
“Neftçi” “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib
...
-
Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
...
-
Sadıq Sadıqov: "Çoxları "Neftçi"nin kuboku qazanacağına inanmırdı"
...
-
“Neftçi” kubokun qalibidir - Video
...
-
"İQ Sports" media və marketinq agentliyi fəaliyyətə başladı
...
-
Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçi postuna namizəddir - Rəsmi
...
-
I Liqa: "Qaradağ Lökbatan" liderliyini möhkəmləndirdi
...