Azərbaycan klubunun oyunu koronavirusa görə təxirə salındı

19:39 12-01-2022 | icon 1295
Azərbaycan klubunun oyunu koronavirusa görə təxirə salındı

“Sumqayıt”ın Antalyadakı təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunlarından biri baş tutmayacaq.

 

Yanvarın 16-da Macarıstanın “Uypeşt” klubu ilə oynanmalı olan qarşılaşma təxirə salınıb.

Buna səbəb “bənövşəyilər”in heyətində koronavirusa kütləvi yoluxma hallarıdır. Məlumatı klubun rəsmi saytı yayıb. Macarıstan təmsilçisinin 1 həftə ərzində keçirəcəyi bütün oyunlar təxirə salınıb.


Digər xəbərlər

0.24232006072998